Terminlər

2015-08-04 0 şərhlər admin

Bu məqalədə sizlərlə proqramlaşdırma və seo da rast gəlinən terminlərin açıqlamasını verəcəm.

Qeyd: Bu yazı vaxtaşırı yenilənəcək.

1. İDE - (Integrated Development Environment , Vahid İnkşaf Ortamı)

Hər hansı proqramlama dilində rahat və tez proqram yaratmaq üçün lazım olan proqramdır. Bundan əlavə bu proqramlarda həmin proqramlama dili üçün lazım olan əlavə funksiyalar mövcuddur. 

Ən məşhurlarına misal olaraq Eclipse, Microsoft Visual, NetBeans, Notepad++

2. OOP - (Object Oriented Programming) obyektyönümlü proqramlaşdırma.

3. Pagerank - Google axtarış sisteminin hər sayta verdiyi 0-10 aralığıda qiymət.

4. PR - Pagerank ifadəsinin qısaldılmışı.

5. Backlink - Başqa bir saytdan sizin saytınıza olan link.

6. SEO - (Search Engine Optimization) Axtarış sistemlərində optimizasiya.

7. Sandbox - Axtarış sistemlərində sayta verilən cəzalardan biridir. Hiləli şəkildə optimizasiya etməyə çalışdıqda verilir. Əgər sayt sandbox cəzası alıbsa axtarışlarda çıxmaz. İndexləri silinər.

8. İndex - Axtarış sistemlərinin yaddaşda saxladığı hər bir səhifəyə index deyilir. Əgər siz saytınızın nə qədər indexi olduğunu öyrənmək istəyirsinizsə "site:www.lifestudio.az" şəklində axtamağınız kifayətdir.

9. Robots.txt - Bu fayl əsasən saytın index faylının yerləşdiyi papqaya qoyulur. Bununla siz istədiyiniz papkaların axtarışda indexslənməsinin qarşısını ala bilərsiniz.

10. CMS - (Content Management Systems) məzmunun idarəetmə sistemi. Bu sistem vasitəsi ilə siz öz şəxsi login və parolunuzu daxil ederək giriş edib öz saytınızı idarə edə bilərsiniz. Bu idarə etməyə səhifələrin və məqalələrin əlavə edilməsi, saytda olan məlumatların dəyişdirilməsi və s. daxildir.

Fikirlərinizi bizə bildirin

* Vacib sahə

Şərhlər (0)